İspaniyada yanğın zamanı bir neçə nəfər həlak olub, zərərçəkənlər var

İspaniyada yanğın zamanı bir neçə nəfər həlak olub, zərərçəkənlər var

İspaniyanın Monkada şəhərində (Valensiya muxtar icması) qocalar evində baş verən yanğında azı 5 nəfər ölüb.

“Report”un xəbərinə görə, bu barədə Regional Fövqəladə Hallar və Təhlükəsizlik Koordinasiya Mərkəzi tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü gecə baş verib.

Qeyd edilir ki, hadisə zamanı daha 11 nəfər dəm qazından zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi hələ müəyyən edilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 16 =