İspaniyalı siyasətçi İrana qarşı sanksiyaları ikiüzlülük adlandırıb

İspaniyalı siyasətçi İrana qarşı sanksiyaları ikiüzlülük adlandırıb

İspaniyanın “Podemos” partiyasının lideri “Yone Belara” Avropa Birliyinin İrana qarşı sanksiyaları və sionist rejimin cinayətlərinə göz yumma “riyakarlığını” tənqid edib.

İRNA-nın məlumatına görə, solçu Podemos partiyasının lideri dünən axşam (18 aprel) X sosial media hesabında yazıb: 30.000-dən çox günahsız qurbandan sonra da Netanyahuya qarşı heç bir sanksiya tətbiq edə bilməyən Avropa Şurası, İsrailə hücum etdiyi üçün İrana qarşı sanksiyaları təsdiqləmək istəyir.

Avropa Şurasının sədri Çarlz Mişel cümə axşamı İranın İsrailə qarşı cəzalandırıcı cavabı ilə bağlı deyib: İranı təcrid etmək üçün hər çey etmək lazımdır və artıq İrana qarşı bir neçə sanksiya tətbiq edilib.

Aİ-nin xarici siyasət rəsmisi Cosep Borrell də cümə axşamı İrana qarşı uğursuz sanksiyalar siyasətinin gücləndirilməsinin mümkünlüyü barədə deyib: Raket və pilotsuz təyyarələrin istehsalı üçün lazım olan hissələrin İrana ötürülməsini qadağan edən bir planımız var. Bu proses 2023-cü ilin iyulunda yaradılıb və indi biz onu yenidən nəzərdən keçirməli və genişləndirməliyik.

Borrell İran pilotsuz təyyarələrinin Rusiyaya verilməsinə sanksiya tətbiq edən başqa bir prosesə toxunaraq əlavə edib: Bu proses  daha geniş şəkildə genişləndirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =