İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək

İsrail Müdafiə Ordusu (IDF) Dəməşqin əs-Süveyda şəhərini tərk etməyəcəyi təqdirdə, Suriyanın hökumət qüvvələrinə zərbələr endirməyə davam edəcək.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
“Suriya hökuməti çoxluq təşkil edən druzları rahat buraxmalı və öz qoşunlarını çıxarmalıdır. Biz bunu aydın şəkildə bildirdik və xəbərdarlıq etdik. İsrail Suriyadakı druzları yalnız qoymayacaq və Suriyanın demilitarizasiyası siyasətini həyata keçirəcək. Nə qədər ki, rejim qüvvələri bu ərazini tərk etməyib, İsrail Müdafiə Ordusu zərbələr endirməyə davam edəcək”, – İ.Kats bildirib.
“The Times of Israel” qeyd edir ki, bu gün Suriya qoşunları ilə druzlar arasında toqquşmalar barədə yeni məlumatlar daxil olub.