İsrailə atdığımız raketlər şəhid Süleymani vasitəsilə əldə edilib

İsrailə atdığımız raketlər şəhid Süleymani vasitəsilə əldə edilib

Fələstin İslami Cihad Hərəkatının baş katibi Tel-Əvivi vuran raketlərin ilk dəfə Qasim Süleymaninin nəzarəti altında hərəkata çatdığını vurğulayıb.

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Naxalə vurğulayıb ki, şəhid Qasim Süleymaninin adı ona sui-qəsd edən bütün kəslərin, xüsusilə də, onların başında yer tutan ABŞ-ın keçmiş Prezidenti Donald Trampın adından qat-qat ucadır.

Şəhid Süleymaninin qanını tökdülər, çünki o, ABŞ və sionist rejimin siyasətləri qarşısında əsas maneə idi.”.

“O, Fələstin məsələsinin müdafiəçisi idi Tel-Əvivi vuran raketlər ilk dəfə Qasım Süleymaninin nəzarəti altında bizə gəlib çatdı.” – deyə, Ziyad Ən-Naxalə bildirib və Hacı Qasimin fələstinli mücahidlərin önündə olduğunu qeyd edib.

İslami Cihadın Baş Katibi qeyd edib: Süleymani bizə vurğuladı ki, biz döyüşməsək əsla qalib gələ bilməyəcəyik… Bəli, bu məsələ və Fələstin müqaviməti düşmənə deyir: Əgər dünyadakı bütün silahlara malik olsanız belə, biz sizi mühasirə edəcəyik.”

Bununla bağlı İslami Cihad Hərəkatının siyasi ofisinin ali rütbəli üzvü Yusif Əl-Həsayənə bu yaxınlarda general Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı çıxışında deyib: Allahın lütfü və şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin canfəşanlığı ilə bölgədəki müqavimətdə dəyişiklik oldu.

“Qasım Süleymani və Əbu Mehdi Əl-Mühandisin qətli tezliklə parlaq qələbələrə gətirib çıxaracaq, gələcək nəsillərə yol açacaq və kompromis planlarının qarşısını alacaq. Biz söz veririk ki, Fələstin və müqavimət xalqı Qüds və Fələstin yolunda Süleymaninin, Əl-Mühəndisinin və bütün şəhidlərinin qəhrəmanlıq mövqelərini və böyük fədakarlıqlarını heç vaxt unutmayacaqlar.” – deyə, Əl-Həsayənə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 1 =