İsrailə dəstək verən birgə paradoksal bəyanat

İsrailə dəstək verən birgə paradoksal bəyanat

Amerika, Fransa, Almaniya, İngiltərə və İtaliya birgə bəyanat yayaraq qəsbkar İsrail rejiminə tam dəstək olduqlarını, Həmasın sionist cinayətlərinə verdiyi cavabı pisləyiblər.

Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda “Özünü müdafiə etdiyi üçün İsrailə dəstək veririk” deyilir.

Amerika və 4 Avropa ölkəsinin verdiyi bu bəyanatda həmçinin deyilir: Həmasın sionist cinayətlərinə qarşı çıxaraq ona cavabını pisləyirik. Biz Fələstin xalqının qanuni istəklərini qəbul edir, İsrail və fələstinlilərin ədalət və azadlığına dəstək veririk.

Bu bəyanatda həmçinin Avropa ölkələri xalqlarının da sionist rejimin fələstinlilər əleyhinə təcavüzlərinin dayandırılmasını istədikləri də qeyd edilir.

Qeyd edək ki, ötən şənbə günü İspaniyanın paytaxtı Madrid şəhərində sionist rejimin Qəzzədə fələstinlilərə qarşı törətdikləri cinayətlərinə qarşı izdihamlı etiraz aksiyası keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 9 =