İsrail əsgərləri 500 baş keçi oğurladılar

İsrail əsgərləri 500 baş keçi oğurladılar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan mediası bazar günü İsrail ordusunun Livanın içərisindən 500 baş keçi oğurlayaraq işğal altındakı ərazilərə köçürdüyünü bildirib.

Livan Milli Media Xəbər Agentliyinə görə, sionist rejimin işğalçı qüvvələri Əl-Sumaqanın qərbindəki Kəfər Şubada bir çobanı odlu silahla vurulduqdan sonra 500 baş keçisini qaçıraraq işğal edilmiş ərazilərə aparmışlar.

Bu yaxınlarda İsrail əsgərləri İsrailin Cənubi Livandan çəkilməsinin 21-ci ildönümünü qeyd edərkən Hizbullah tərəfdarlarına gözyaşardıcı güllələr atmışlar.

Məlumatlara görə Hizbullah tərəfdarları İsrailin 2000-ci ildə Cənubi Livandan çəkilməsinin 21-ci ildönümünü qeyd etmək üçün sərhəd boyunca toplaşmışlar. Əllərində Fələstin və Hizbullah bayraqları olan bir çox insan yüzlərlə avtomobillə bölgəyə daxil olmuş, İsrail qüvvələri isə mitinqi gözyaşardıcı qazla dağıtmağa çalışmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 10 =