İsrail əsgərləri İordan çayının Qərbinə basqın edib, 11 fələstinli həbs edilib

İsrail əsgərləri İordan çayının Qərbinə basqın edib, 11 fələstinli həbs edilib

İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif yerlərinə yenidən basqın edib. 

Bu barədə Fələstin Media Mərkəzinin saytı Palinfo.com məlumat yayıb. 

Məlumatda bildirilir ki, İsrail qüvvələri əsasən Tubas, Tammun, Ceninin cənubuna və Kabatiyə kəndlərinə basqın edib. 

Həmçinin məlumatda qeyd edilir ki, İordan çayının qərb sahilinə basqın zamanı azı 11 fələstinli həbs edilib. 

Qeyd edək ki, İsrail qüvvələri Qüdsün şərqində Şeyx-Carrah kvartalında söküntülərin aparılacağı ilə bağlı xəbərdarlıq ediblər. Bir neçə günə vəd edilən bu söküntü işləri fonunda Qüdsün şərqində və İordan çayının digər bölgələrində gərginlik yenidən artıb.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + three =