İsrail əsgərləri tibb məntəqəsinə hücum etdilər
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail ordusu əsgərləri İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində tibb məntəqəsini mühasirəyə alıblar.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, mühasirəyə alınan tibb mərkəzinə İsrail ordusu əsgərləri tərəfindən hücum edilib.
Nəticədə tibb mərkəzinə atəş açılıb və gözyaşardıcı qaz atılıb.
Hadisə şahidləri bir hamilə qadının tibb məntəqəsində yaralandığını təsdiqləyiblər.