İsrail 1982-ci ildə Livanda həlak olan əsgərin cəsədini Suriyadan necə gətirib?

İsrail hökuməti 1982-ci ildə Livana hücum zamanı Sultan Yaqub döyüşündə şəhid olan əsgər Tsvika Feldmanın cəsədinin Suriyada Mossad və ordunun birgə keçirdiyi əməliyyatda tapıldığını açıqlayıb. İsrailin Suriyada itkin düşmüş digər əsgərlərini axtardığı və bölgədə hərbi fəaliyyətini genişləndirdiyi bildirilir.
İsrail hökuməti dünən 1982 – ci ildə Livana hücum zamanı öldürülən bir əsgərin cəsədinin kəşfiyyat xidməti Mossad və İsrail ordusunun birgə əməliyyatı nəticəsində Suriyadan gətirildiyini açıqlayıb .
Baş nazir Benyamin Netanyahu verdiyi açıqlamada 1982-ci ilin iyununda Sultan Yakub döyüşündə şəhid olan Tsvika Feldmanın cənazəsini ölkəyə gətirdiklərini bildirib.
Sultan Yaqub Livanın Qərbi Bekaa bölgəsində Suriya zirehli briqadası və komando batalyonunun işğal zamanı irəliləyən İsrail briqadalarını pusquya saldığı və ciddi şəkildə məğlub etdiyi bir şəhər idi.
İsrail ordusu və Mossad-ın birgə bəyanatına görə, əməliyyat “Suriyanın dərinliklərində” aparılıb və kəşfiyyatçılar baş serjant Feldmanın cəsədini taparaq İsrailə gətirməyə nail olublar.
İsrail ordusu və Mossad Suriyanın dərinliklərində asanlıqla araşdırma apararkən, HTŞ-nin də israillilərə yardım etdiyi iddia edildi.
İsrail ordusu radiosu Suriyadakı Heyət Təhrir əş-Şam (HTŞ) rejiminin “əsgərin cəsədinin geri qaytarılmasında heç bir şəkildə iştirak etmədiyini” vurğulasa da, Dəməşqdəki mənbələr Əl-Əxbara əməliyyatın paytaxtın cənubundakı Yərmuk düşərgəsində keçirilə biləcəyini deyib.
Yarmuk Düşərgəsində eyni döyüşdə itkin düşən və İsrailin 2019-cu ildə cəsədini “üçüncü ölkə”, ehtimal ki, Rusiya vasitəsilə aldığını elan edən İsrail əsgəri Zəkəriyyə Baumelin cəsədini çıxarmaq üçün əvvəllər qazıldığı deyilən qəbiristanlıq da var.
O zaman Netanyahu seçkilərə altı gün qalmış bu hadisədən siyasi material kimi istifadə etdi.
İsrail Feldman və Baumeldən başqa Suriyada Sultan Yaqub döyüşü zamanı itkin düşən Yehuda Katz və 1965-ci ilin mayında Dəməşqin Mərcə meydanında keçirilən məhkəmə prosesindən sonra Suriya hakimiyyəti tərəfindən edam edilən məşhur casus Eli Kohenin cəsədlərinin axtarışını davam etdirir.
O, həmçinin 1986-cı ildə Livanda təyyarəsi vurulduqdan sonra əsir düşən pilot Ron Arad və 1997-ci ildə Qolanda itkin düşən əsgər Qay Hever kimi digər itkin düşmüş şəxslərin taleyini araşdırır.
“The Times of Israel” qəzeti Suriyada rejim dəyişikliyindən sonra İsrailin mövcud vəziyyətdən istifadə edərək Koen və itkin düşən əsgərlərinin cəsədlərini tapmağa çalışdığını yazıb.
2021-ci ilin fevralında Rusiyanın Suriya hakimiyyəti ilə əməkdaşlıq edərək və İsrailin təzyiqi altında Koenin cəsədini tapmaq üçün Yarmuk düşərgəsi ərazisində axtarış apardığı bildirildi.
Mənbələr ehtimal edir ki, HTŞ rejimi İsrail əsgərlərinin cəsədlərinin harada basdırıldığını göstərən sənədlər əldə etmiş ola bilər.
Mənbələr Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) himayəsi altında iki tərəf arasında birbaşa danışıqları “gücləndirmək” meylindən xəbər verir: “Dəməşq Təl-Əvivlə etimadın möhkəmləndirilməsi mərhələsinə qədəm qoyub” dedi.
İbrani mətbuatı daha əvvəl Əbu-Dabidə yeni rejimin nümayəndələri ilə İsrail hökumət rəsmiləri arasında keçirildiyi iddia edilən görüşlər barədə xəbərlər dərc etmişdi.
Bu kontekstdə ərəb mediası yüksək rütbəli bir İsrail rəsmisinin Koenin cəsədinin qaytarılması üçün HTŞ rejimi ilə İsrail arasında təmasların olduğunu söylədiyini bildirib.