İsrail 20 fələstinli gənci həbs etdi
Sionist hərbiçiləri dünən İordan çayının qərb sahilinə və Qüdsə hücum edərək ən azı 20 fələstinli gənci həbs edib.
“Fars” xəbər agentliyinin verdiyi xəbərə görə, sionist hərbiçiləri dünən (27 yanvar) İordan çayının qərb sahilinə və Qüdsə hücum edərək mənzillərində axtarış apardıqdan sonra 20-dən çox Fələstin vətəndaşını saxlayıb. Onlar arasında iki yeniyetmə qardaşın və əsirlikdən azad olunmuş şəxslərin adları da var.
Əsirlərlərin haqları ilə məşğul olan Fələstinin hüquq mərkəzlərindən biri, ötən ilin statistikasını elan edərkən qeyd edib ki, sionist rejimi 2020-ci ildə 550-si uşaq və 118-i qadın olmaqla 4700 fələstinlini həbs edib.
Mərkəzin məlumatına görə, 2020-ci ildə fələstinli əsirlər sionist rejiminin laqeydliyi səbəbindən sanitariya cəhətindən ən ağır şəraitdə saxlanılırlar.
Belə ki, bu vəziyyət koronovirusun sürətlə yayılmasına və 140 əsirin bu virusa yoluxmasına səbəb olub. Bundan əlavə ötən ildə bir çox əsirlər xərçəng və ürək-damar xəstəliklərindən əziyyət çəkiblər.