İsrail 33 girovun müqabilində 1890-dan çox fələstinlini azad edəcək

İsrail 33 girovun müqabilində 1890-dan çox fələstinlini azad edəcək

İsrail razılaşmanın birinci mərhələsində radikal HƏMAS hərəkatının saxladığı 33 girov müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi bildirib.

“42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusun azadlığı müqabilində 33 girovu azad edəcək”, – idarənin “Facebook” səhifəsində dərc olunan mətndə deyilir.

“Biz vasitəçilərin Qəzza razılaşmasını üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini bir daha təsdiqləyirik”, – Misir Xarici İşlər Nazirliyi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =