İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib

İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib

İsrail Müharibə Nazirliyi bu gün “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərinin tədarükü haqqında 500 milyon dollar dəyərində müqavilələr imzalayıb.

Bu barədə “The Times of Israel” nəşri İsrail Müharibə Nazirliyinin baş direktoru Eyal Zamirə istinadən məlumat yayıb.

“Bu sövdələşmə yeni eranın – lazer müdafiə sistemi dövrünün başlanğıcıdır”, – E.Zamir bildirib.

Onun sözlərinə görə, ilk yerüstü lazer hava hücumundan müdafiə qurğuları 2025-ci il ərzində istifadəyə veriləcək.

“Iron Beam” reaktiv və minaatan mərmilər, PUA və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 7 =