İsrail ABŞ-la İrana yeni zərbələr endirmək ehtimalını razılaşdırmaq niyyətindədir

İsrail ABŞ-la İrana yeni zərbələr endirmək ehtimalını razılaşdırmaq niyyətindədir

İran nüvə proqramını bərpa edərsə, İsrail bu ölkənin ərazisinə yeni zərbələr endirməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın bu cür addımlara icazə verə biləcəyinə inanırlar.

Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu yaxınlarda Vaşinqtona səfərindən sonra qapalı görüşlərdə Ağ Ev rəhbərinin müəyyən şərtlər çərçivəsində İrana zərbələr endirilməsini dəstəkləyəcəyi fikrini irəli sürüb.

Portal bu şərtlərə misal olaraq Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini göstərib.

Digər bir səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =