İsrail: ABŞ-nin HƏMAS liderlərinə qarşı ittihamları “terrora qarşı güclü siqnal”dır

İsrail Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə qətl ittihamı irəli sürmək qərarına görə ABŞ-yə minnətdardır, bu qərar “terrora qarşı güclü siqnal” oldu.
Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsində yazıb.
“Mən ən böyük müttəfiqimiz və dostumuz olan ABŞ-yə HƏMAS liderlərinə qarşı terror ittihamı irəli sürmək üçün qətiyyətli addımına görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə də HƏMAS-ın Qəzzada altı girovu vəhşicəsinə öldürdükdən sonra terrora qarşı güclü mesaj verir. Bu ittihamların irəli sürülməsi. ədalətə və vətəndaşlarımızın təhlükəsizliyinə sadiqliyimizi bir daha təsdiqləyir”, – paylaşımda qeyd edilir.