İsrail aqressiv siyasətlərini davam etdirir

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet dünya birliyini Fələstinin işğal edilmiş torpaqlarının anneksiyasına qarşı çıxmağa çağırıb. Benyamin Netanyahunun yaratdığı koalisiya hökuməti İordan çayının Qərb Sahilində işğal edilmiş torpaqlarda qanun yəhudi qəsəbələrinin rəsmən İsrail ərazisinə qatılacağını bildirib.
Benyamin Netanyahu 21 oktyabr 1949-cu ildə Tel-Əvivdə (İsrail) doğulub. Onun atası İsrail və ABŞ universitetlərində tarix tədris etdiyindən 1950-1960-cı illərdə ailə həm İsrail, həm də ABŞ-da yaşayıb. Benyaminin babası Netan Mileykovski sionizm təbliğ edən Rusiya ravvinlərindən olub.

Benyamin Netanyahu 1988-ci ildə mərkəzçi və hakimiyyətdə olan Likud partiyasından Knessetə – təkpalatalı parlamentə nümayəndə seçilib. Eyni zamanda 1992-ci ilə qədər xarici işlər nazirinin müavini olub. 1991-ci ildə Yaxın Şərq üzrə Madrid sülh konfransında İsrail nümayəndə heyətinin tərkibində olub. Bu konfrans İsrail-Fələstin danışıqlarında ilk konfrans olub.
1996-cı ilin mayında Netanyahu ölkə tarixində ilk birbaşa baş nazir seçkilərində qələbə qazanıb. O vaxta qədər parlamentdə qələbə qazanmış partiyanın başçısı baş nazir olurdu. Birbaşa seçkilər 2001-ci ilə qədər qüvvədə qalıb. Netanyahu 50, 49% səslə Avoda solmərkəzçi partiyadan rəqibi Şimon Peresə qalib gəlib – cəmi 1% səs fərqi ilə! Beləcə, Netanyahu 47 yaşında İsrailin ən gənc baş naziri olub. 1999-cu ildə vaxtından qabaq parlament və baş nazir seçkiləri keçirilib. Seçkidə Vahid İsrail blokunun rəhbəri Ehud Baraka məğlub olan Netanyahu siyasətdən getdiyini elan edib.
Netanyahu 2002-ci ilin oktyabrında Likudun lideri Ariel Şaronun koalisiya hökumətinə daxil olmaqla siyasətə qayıdıb. 2009-cu ilin fevralında parlament seçkilərinin nəticələrinə görə Netanyahu yenidən baş nazir olub. Beləcə, 2013, 2015, 2020-ci illərdə bu postda qaldı.
2019-cu il 17 sentyabrda yeni seçkilərin nəticələrinə görə Netanyahu nazirlər kabinetini yaratmaq səlahiyyəti əldə etdi. Amma nə o, nə də onun opponenti – Kaxol-Lavanın başçısı Beni Hans müvəffəqiyyət qazana bilmədilər. Nəticədə, İsrail tarixində ilk dəfə bir ildə üçüncü seçkilər keçirildi. Səsvermənin nəticələrinə görə 2020-ci ilin martında Likud və Kaxol-Lavan 36 və 33 yer qazandılar. Razılaşma əsasında Netanyahu ilk il yarımda baş nazir postuna sahib oldu. Qalan müddəti Hans baş nazir olmalı idi. Amma dekabrda Knesset qəfildən buraxıldı. 2021-ci il mart ayında iki il ərzində dördüncü seçkilər keçirilməlidir.
2009-cu ildən hakimiyyətdə olan Netanyahu Fələstinlə münasibətlərin normallaşdırılmasında tam fiaskoya uğradı. İsrail İordan çayının Qərb Sahilində və Şərqi Qüdsdə yəhudi qəsəbələrinin tikintisinə moratoriyanı uzatmaq istəmədiyi üçünNetanyahunun Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasla müzakirələridalana dirəndi. Netanyahunun Yerusəlimin – Qüdsün cənub hisssində yeni yəhudi rayonu tikməsi ona qarşı ciddi etirazlara səbəb oldu.
2014-cü ildə Netanyahonun qərarı ilə İsrail Həmasın da daxil olduğu Fələstin Milli Birlik hökuməti ilə danışıqlardan imtina etdi. Həmin ilin yayında Netanyahu Həmasın nəzarəti altında olan Qəzzəyə qarşı hərbi əməliyyatlar keçirdi. 2017-ci ilin dekabrında Netanyahunun hakimiyyəti dövründə ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı. 2019-cu ilin mart ayında Suriyanın Colan yüksəkliyi İsrail ərazisi kimi atnındı. Bu ərazini sionist rejim 1967-ci ildə işğal edib.
2000-ci ilin martında İsrail polisi Natanyahuya qarşı fırıldaqçılıq, korrupsiya, mənimsəmə, vəzifədən sui-istifadə etmə ittihamlarını irəli sürdü. Ölkədə Netanyuhaya qarşı aksiyalar gündəlik xarakter aldı. Küçələrə axışan əhali siyasi və sosial-iqtisadi şüarlarla Benyamin Netanyahuya istefa tələb edir.
Bəs İranla münasibətlər necədir? Qüds 1948-ci ildə işğal edilib, Fələstin xalqının torpaqları qəsb olunub. İran hər il Qüds Günü aksiyasl keçirir, İsrailin qanunsuz rejim kimi ləğvi tələb olunur. İranın ali lideri Ayətullah Xamenei İsrail başçılarını Yaxın Şərqdə bədxassəli xərçəng şişi adlandırıb…

Bəs İranla münasibətlər necədir? Qüds 1948-ci ildə işğal edilib, Fələstin xalqının torpaqları qəsb olunub. İran hər il Qüds Günü aksiyasl keçirir, İsrailin qanunsuz rejim kimi ləğvi tələb olunur. İranın ali lideri Ayətullah Xamenei İsrail başçılarını Yaxın Şərqdə bədxassəli xərçəng şişi adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 10 =