İsrail aviasiyası Dəməşqə zərbə

İsrail aviasiyası Dəməşqə zərbə

İsrailin Dəməşq çölündə hərbi bölgəyə endirdiyi hava zərbəsi nəticəsində 5 Suriya əsgəri həyatını itirib, 1 əsgər isə yaralanıb.

Suriya Müdafiə Nazirliyi bildirib ki, İsrail cümə günü səhər saatlarında işğal olunmuş Suriyanın Qolan istiqamətindən Dəməşq çölünə hücum edib.

Nazirlikdən verilən açıqlamaya görə, saat 01.35 radələrində baş verən hücum Dəməşq çölündə Kefr Yabus kəndi yaxınlığındakı Suriya hərbi bölgəsini hədəf alıb.

Hücum nəticəsində 5 əsgər həyatını itirib, 1 əsgər isə yaralanıb.

Sionist rejim sentyabrın 9-da Həmanın qərbində yerləşən Məsyaf şəhəri ətrafında hücuma keçərək, 18 mülki vətəndaşı qətlə yetirib, onlarla insanı yaralayıb.

Suriya İsrailin təcavüzkar siyasətinin bölgəni od vurmaq və regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən hərtərəfli gərginliyə gətirib çıxara biləcəyini vurğulayıb.

Bundan əlavə, Nazirlik ayrılmaz hissəsi olduğu müqaviməti dəstəkləmək əzmində olduğunu bir daha bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − six =