İsrail aviasiyası Rəfəh şəhərinə zərbələr endirib

İsrail aviasiyası Rəfəh şəhərinə zərbələr endirib

Cümə axşamı səhəri Fələstin mediası sionist rejimin Rəfəh şəhəri və Misir sərhədi yaxınlığındakı müxtəlif bölgələrə hücumları barədə məlumat yayıb.

Müxtəlif ölkələrin sionist rejimə Rəfəh şəhərinə qarşı hər hansı hərbi əməliyyatla bağlı dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, işğalçılar növbəti dəfə bu ərazini hədəfə alıblar.

 “Şahab” xəbər agentliyi cümə axşamı səhər xəbər verib ki, işğalçı rejim qırıcıları Qəzza zolağının ən cənub nöqtəsində yerləşən Rəfəh şəhərinin şimalına hücum edib.

Rəfahdan bir neçə dəqiqə sonra xəbər gəlib ki, sionistlər Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən “Səlahəddin” oxunu hava hücumlarına məruz qoyublar.

İşğalçılar Qəzza zolağındakı “Xan Yunis” şəhərinin cənubunda Avropa xəstəxanasına bitişik ərazilərə də hücum ediblər.

Əl-Cəzirə internet saytının məlumatına görə, sionistlər Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinin şərq rayonlarını da hədəfə alıblar.

Bu arada Avropa İttifaqına üzv ölkələr bazar ertəsi axşam Tel-Əvivə sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfəh şəhərinə qarşı hər hansı hərbi əməliyyatı barədə xəbərdarlıq ediblər.

Cinayətkar hücumlar Qəzzada bir milyondan çox fələstinli qaçqının məskunlaşdığı, Qəzzanın ən cənub hissəsi olan Rəfəh ərazisinə işğalçıların qurudan hücumu ilə Qəzzada dəhşətli humanitar vəziyyətin daha da pisləşəcəyindən qorxduğu bir vaxta təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =