İsrail avtobusuna hücum olub, 9 nəfər yaralanıb

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.
Nəticədə ən azı 9 nəfər yaralanıb.
Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.