İsrail baş naziri Misirə səfər edir

İsrail baş naziri Misirə səfər edir

İsrail baş naziri Benyamin Netanyahu yaxın zamanlarda Misirə səfər edəcək.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail mediası baş nazir Benyamin Netanyahunun yaxın zamanlarda Qahirəyə səfər edəcəyi və prezident Əbdülfəttah Sisi ilə görüşəcəyini yazıblar.

Məlumata görə tərəflər bu görüşdə qarşılıqlı iqtisadi əlaqələri və bir sıra region məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, ötən həftə İsraildən Misirə gedən qaz borusu partlayışa məruz qalmışdı. Misir İsraillə əlaqələri rəsmiləşdirən ilk ərəb dövlətidir. Ekspertlərin iddiasına görə, 2013-ci ildən sonra Şimali Sinada silahlı hücumların baş qaldırmasından sonra İsraillə Misir qarşılıqlı hərbi əlaqələrə də keçiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − three =