İsrail: Biz Cənubi Livandan tamamilə çəkilməyəcəyik

İsrail: Biz Cənubi Livandan tamamilə çəkilməyəcəyik

İsrail hökuməti bütün qüvvələrini Cənubi Livandan çıxarmayacağını açıqlayıb. Bu prosesdə ABŞ prezidenti Donald Tramp administrasiyası ilə koordinasiyanın təmin ediləcəyi də bildirilib.

İsrail hökuməti adından danışan bir rəsmi sionist rejim qüvvələrinin bütün qüvvələrini Livanın cənubundan çıxarmayacağını açıqlayıb.

Bildirilib ki, atəşkəsin başa çatacağı 60 günlük müddət bazar günü başa çatsa da, İsrail qüvvələri bölgədəki mövcudluğunu davam etdirəcək.

Təfərrüatlara görə, Kanal 14- ün yayımladığı xəbərdə , “Nazirlər kabineti İsrail ordusunun Livanın cənubunda hazırkı yerləşdirməsini davam etdirəcəyini açıqladı” ifadəsi işlədilib.

Həmçinin bildirilib ki, İsrail ordusu Hizbullahın istənilən pozuntusuna sərt və çevik cavab verməyə hazırdır.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrail hökumətinin sözçüsü David Mencer, “Qiymətləndirmələr İsrailin Livanın bütün cənubundan geri çəkilməyəcəyinə dairdir. Hər halda, bölgədə qalmağımız prezident Donald Tramp administrasiyası ilə koordinasiyalı şəkildə olacaq” deyib.

Mencer həmçinin, “Livan ordusu və UNIFIL qüvvələrinin razılaşmaya uyğun olaraq Hizbullahın nəzarətində olan bəzi bölgələrdə səlahiyyət qazandığını görürük. Lakin bu addımlar hələ ki, kifayət qədər tez reallaşmayıb və görüləcək çox iş var. .”

Digər tərəfdən “Yedioth Ahronoth” qəzeti İsrailin Livanın cənubunda atəşkəs rejimini davam etdirmək istəyini vurğulayaraq, “Hər hansı pozuntuya sərt cavab veriləcək” deyib.

Qəzet onu da qeyd edib ki, İsrail hələ də Livanın cənubundan çəkilmək barədə qərar qəbul etməyib, lakin Tramp administrasiyası ilə koordinasiyada işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − thirteen =