İsrail BMT TŞ-nin qətnaməsinə veto qoyduğuna görə ABŞ-yə təşəkkür edib

İsrail BMT TŞ-nin qətnaməsinə veto qoyduğuna görə ABŞ-yə təşəkkür edib

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampa və ABŞ administrasiyasına BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyduğuna görə təşəkkür edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat paylaşıb.

“Prezident Trampa və ABŞ administrasiyasına İsraillə çiyin-çiyinə dayandıqlarına və BMT Təhlükəsizlik Şurasında tamamilə birtərəfli qətnaməyə veto qoyduğuna görə təşəkkür edirəm”, – deyə Saar bildirib.

Onun sözlərinə görə, təklif olunan qətnamə yalnız Fələstinin HƏMAS radikal hərəkatını gücləndirir və ABŞ-nin girovlarla bağlı razılığa gəlmək səylərinə zərbə vurur.

Bundan əvvəl ABŞ Qəzza zolağında dərhal atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub. Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü hazırlayıb. ABŞ Təhlükəsizlik Şurasında qətnaməni dəstəkləməyən yeganə ölkə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =