İsrail Braziliya prezidentini persona non-qrata elan edib

İsrail Braziliya prezidentini persona non-qrata elan edib

Braziliya lideri Qəzza zolağında baş verənləri soyqırım adlandırdıqdan və Holokostla müqayisə etdikdən sonra İsrailin xarici işlər naziri İsrael Katz Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı persona non qrata elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Fələstin məsələsi İsrail üçün həyati əhəmiyyət daşıdığından İsrail dövləti bu xüsusda ona qarşı çıxan ölkələrə və siyasətçilərə olduqca sərt reaksiya verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − four =