İsrail bunu etsə, İordaniya müharibəyə qoşulacaq

Fələstinliləri Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarmaq cəhdi İordaniya üçün qırmızı xəttdir.
Bunu krallığın Baş naziri Bişer əl-Xasavnə deyib.
“İordaniya hökuməti fələstinlilərin öz ərazilərindən çıxarılmasını müharibə elanı kimi nəzərdən keçirəcək. İsrailin Qəzzada təcavüzünün artmasına cavab vermək üçün bütün variantlar masadadır”, – o vurğulayıb.
Baş nazirin sözlərinə görə, Fələstin anklavında cinayətkar hərbi əməliyyatların davam etdirilməsi beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir.