İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

“İsrail işğal edilən Qüds şəhərinin şərqində təkcə cari ildə 129 evi müxtəlif bəhanələrlə söküb.”

SalamNews Fələstin Media Mərkəzinə istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının nəzdində “Ərazilərin müdafiəsi” Komitəsi bəyanat verib.

Bildirilib ki, cari ilin əvvəlindən indiyədək Qüdsün şərqində 129 ev İsrailin aidiyyatı qurumları tərəfindən sökülüb ki, bu da rekord rəqəm hesab edilir.

Qeyd edək ki, İsrail 1967-ci ildən indiyədək İordan çayının qərb sahilində və Şərqi-Qüdsdə 300-dən çox şəhər, qəsəbə və digər yaşayış massivləri salıb.

İsrail son ildə bir neçə dəfə bu ərazilərin üzərində suverenliyini rəsmən elan etməyə çalışıb. Lakin müsəlman ölkələrinin etirazı və Avropa Birliyinin sanksiyaları ilə üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 12 =