İsrail daha dörd girovun azad edilməsini gözləyir

İsrail daha dörd girovun azad edilməsini gözləyir

İsrail rəsmiləri hesab edirlər ki, HƏMAS girovlarla bağlı razılaşmanın şərtlərinə əməl edəcək və daha dörd nəfəri azad edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb

Mənbələrin məlumatına görə, İsrail HƏMAS-dan razılaşmanın ilk 42 günlük mərhələsi ərzində azad edilməli olan girovların tam adları olan siyahını, həmçinin onların səhhəti barədə ətraflı məlumat təqdim etməsini gözləyir. Bir həftə əvvəl əldə edilmiş razılaşmaya əsasən, HƏMAS atəşkəsin yeddinci günündə siyahını təqdim etməyi öhdəsinə götürüb.

Birinci mərhələdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində 33 israilli girovu azad edəcək.

Məlumata görə, İsrail və HƏMAS arasında razılaşmanın ikinci mərhələsi Fələstin anklavının bərpasını əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 − 1 =