İsrail Daxili İşlər naziri: “Trampın qalib gəlməsi üçün dua edirəm”
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Daxili İşlər naziri Arye Deri ABŞ-da Respublikaçı namizəd Donald Trampın prezident seçkilərində qələbə qazanması üçün dua etdiyini söyləyib.
ŞAS partiyasının lideri Deri ultra-ortodoksal Haredi yəhudilərinə məxsus olan “Radio Cool”a verdiyi açıqlamada “Tramp son 4 ildə yəhudilərə və İsrail dövlətinə sədaqətini sübut edib. Bu seçkilərdə qalib gəlməsi üçün dua edirəm”, – deyib.
Trampın rəqibi Co Baydenin də İsrailin dostu olduğunu söyləyən Deri Trampın uduzacağı təqdirdə İran, “Hizbullah” və HƏMAS-ın sevinəcəyini qeyd edib.