İsrail demək olar bütün qoşunlarını Livanın cənubundan çıxarıb

İsrail demək olar bütün qoşunlarını Livanın cənubundan çıxarıb

İsrail ordusu yalnız beş strateji nöqtədə mövcudluğunu saxlayaraq Livanın cənubundan demək olar ki, tamamilə geri çəkilib.

APA xəbər verir ki, bu barədə İsrail hərbi radiostansiyası öz internet saytında məlumat yayıb.

“Ordu 5 məntəqə istisna olmaqla, Livanın cənubundan qoşunların çıxarılmasını müəyyən edilmiş müddətlərə uyğun olaraq başa çatdırıb”, – məlumatda deyilir.

Livanın Əl-Mənar telekanalı da İsrail ordusunun geri çəkildiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + four =