İsrail Fələstin torpaqlarını nüvə tullantıları ilə zəhərləyir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin muxtariyyətinin baş naziri beynəlxalq ictimaiyyəti sionist rejimin nüvə və kimyəvi tullantılarının Fələstin torpaqlarında basdırılmasını araşdırmağa çağırıb.
“Russia Today”-in məlumatına görə, Məhəmməd Aştia Ramallahda Ətraf Mühitin Keyfiyyəti Təşkilatının keçirdiyi “Yüksək Səviyyəli İqlim Dəyişikliyi və Milli İqlim Planlarının həyata keçirilməsinin Gücləndirilməsi üzrə Dialoq” toplantısında çıxışında deyib: “Ətraf mühit və onun mühafizəsi sahəsindəki addımlarımıza baxmayaraq, İsrailin ətraf mühitimizi məhv etmək səyləri davam edir.”
O, beynəlxalq ictimaiyyəti sionist rejimin nüvə və kimyəvi tullantıları Fələstin ərazilərinda dəfn etməsini araşdırmağa çağırıb, belə ki, Hebronun cənub bölgələri Fələstin torpaqlarında ən çox xərçəng xəstəliyinə yoluxma halları qeydə alınan ərazilərdir.
O, həmçinin vurğulayıb ki, İsrailin nüvə tullantılarının Fələstində basdırılması ilə bağlı faktlar var ki, bu da ətraf mühitə və Fələstin vətəndaşlarının sağlamlığına ciddi təhlükə yaradır.