İsrail Fransanın yardımını qəbul etməyib

İsrail Fransanın yardımını qəbul etməyib

Bu gün bir neçə ölkədən yanğınsöndürmə aviasiyasının İsrailə gəlməsi gözlənilir.

“Report”un məlumatına görə, bu barədə newsru.co.il portalı xəbər verir.

İsrail Xarici İşlər Nazirliyi Fransanı bu ölkədən yardıma ehtiyac olmadığı barədə məlumatlandırıb. Əvvəllər Paris İsrailə iki Canadair CL-415 amfibiya təyyarəsi göndərmək niyyətində idi.

Bildirilir ki, meşə yanğınlarının söndürülməsinə kömək dünən razılaşdırılıb. Kipr İsrailə Bell 412 helikopteri göndərir, onun Hatsora gəlməsi günorta saatlarında gözlənilir. Həmçinin Xorvatiya və İtaliyadan Canadair CL-415 amfibiya təyyarələrinin gəlməsi gözlənilir (ehtimal ki, iki təyyarə gələcək – təxminən günorta və günün ikinci yarısında).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − four =