İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır
İsrail Qəzzada saxlanılan girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.
Bu barədə İsrailin “Makan-33” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail terrorizmdə təqsirli bilinənlər də daxil olmaqla, həbsxanalardan fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS-ın girov saxladığı insanların azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır.
“Lakin tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar, çünki HƏMAS hərəkatı bu təklifi rədd edir”, – məlumatda qeyd edilib.