İsrail həbsxanalarında 5 min fələstinli əsir saxlanılıb: Məhbuslar arasında 160 uşaq və 30 qadın da var

İsrail həbsxanalarında 5 min fələstinli əsir saxlanılıb: Məhbuslar arasında 160 uşaq və 30 qadın da var

Fələstinli Məhbuslar Klubu sionist rejimin həbsxanalarındakı fələstinli məhbusların son statistikasını dərc edib və bu statistikaya əsasən, 5 minə yaxın fələstinli bu rejimin həbsxanalarındadır.

 İRNA-nın çərşənbə günü Əhd-ə istinadən verdiyi xəbərə görə, Fələstin Məhbuslar Klubu elan edib ki, 160-ı uşaq, 30-u qadın və 1083-ü inzibati məhbus olmaqla, təxminən 5 min fələstinli məhbus sionist rejim həbsxanalarındadır.

Bundan əvvəl HƏMAS hərəkatının şəhidlər və məhbuslar idarəsinin rəhbəri Zahir Cabarin “Əl-Cəzirə” telekanalına müsahibəsində bu hərəkatın sionist rejimlə yeni əsirlərin mübadiləsi üçün şərtləri olduğunu vurğulamışdı.

O, bildirib ki, HƏMAS-ın sionist rejimlə “Azadlaraa sədaqət 2” müqaviləsinin icrası üçün şərtləri bəllidir və həm sionistlər, həm də vasitəçilər bunlardan xəbərdardırlar.

Cabarin qeyd edib ki, bu mövzuda ciddi danışıqlara başlamaq üçün sionist rejim əvvəlcə azad edilmiş, sonra isə “azadlara sədaqət 1” razılaşmasına nəzərdə tutulan və yenidən saxlanılan fələstinli məhbuslar, köhnə və qoca məhbuslar, xəstələr, qadınlar və uşaqlar da azad edilməlidir azad etməlidir.

HƏMAS hərəkatı verdiyi bəyanatda fələstinli məhbusların sionist rejim həbsxanalarındakı iztirab və problemlərinə toxunaraq bildirib ki, sionistlərin cinayətləri və terror aktları fələstinli məhbusların iradəsini qırmaq üçün uğursuz cəhddir.

Bu bəyanatda bildirilir ki, fələstinli məhbuslarla bir daha əhd bağlayacağıq və onlar azad olunana qədər sözümüzə əməl edəcəyik və fələstinli məhbusların sionist rejimə qarşı müqaviməti və sabitliyi bizim xalqımızın birlik və həmrəyliyini göstərir.

Bu hərəkat həmçinin, elan edib ki, fələstinli məhbusların sionist rejim həbsxanalarından azad edilməsi milli məsələdir və həmişə bizim prioritetimizdir və HƏMAS məhbuslara sadiq olmaq və onları azad etmək üçün səylərini əsirgəməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 2 =