İsrail Hələbdəki hərbi zavodlara zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Suriyanın Hələb şəhəri yaxınlığındakı bir neçə hərbi obyektə raket zərbələri endirib.
Bu barədə Livanın “Naharnet” xəbər portalı məlumat yayıb.
Məlumata görə, təyyarələr Es-Safira bölgəsindəki müdafiə sənayesi zavodlarına və silah anbarlarına, eləcə də Hələbin kənarındakı tədqiqat mərkəzinə hücum edib.