İsrail hərbi bazasından oğurluq: Sionist əsgərlər yatır
İbrani dilli mənbələr bir daha ordu bazalarından birindən oğurluq edildiyini bildiriblər.
İbrani dilində nəşr olunan “Maariyu” qəzeti bazar günü sionist rejimin işğal olunmuş Nəqibdəki bazalarından birində baş vermiş təhlükəli hadisə barədə məlumat yayıb.
Bu qəzet yazıb ki, keçən həftə naməlum şəxslər “Şəbta” bazasına girərək yatmış ordunun artilleriya zabitlərindən üç silah oğurlaya biliblər!
Sionist Hərbi Polis bu hadisədən sonra araşdırmaya başlayıb və bu 3 zabitin gələcəkdə yüzlərlə hərbçinin məsuliyyətini öz üzərinə götürmək üçün lazımi ixtisas və hazırlıqlara malik olmadığı səbəbilə onların təlim kursunda iştirakını davam etdirməsini qadağan edib.