İsrail hərbi cinayətlərini Livanda da davam etdirir

İsrail hərbi cinayətlərini Livanda da davam etdirir

Cinayətkar İsrail ənənəsinə sadiq qalaraq, Livanda da dinc sakinləri hədəf alır.İşğalçı İsrail rejiminin Hərbi Hava Qüvvələrinin Beyrutun cənubundakı “El Mreyc” bölgəsinə hücumu zamanı səkkiz binadan ibarət yaşayış kompleksi dağıdılıb.

TASS informasiya agentliyinin məlumatına görə, qırıcılar bir saatdan az müddətdə Livanın paytaxtında səkkiz reyd keçiriblər.

Sionist rejim Qəzzada olduğu kimi Livanda da qaçqın düşərgələrini vurmaqdan çəkinmir. Belə ki, ötən gecə Livanda Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən “Burj əl-Barajna” qaçqın düşərgəsində də güclü partlayış səsləri eşidilib.

İnsan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Cinayətkar İsrail mülki əhalini hədəf alaraq, Livan xalqında qorxu hissi yaratmağa çalışır. Bu vəhşiliyi müşahidə edən dinc sakinlər evlərini tərk edərək digər şəhərlərə üz tutmağa məcbur qalır. Sakinlərdən boşalmış şəhərlər İsrailin işğal planı üçün əlverişli şərait yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 12 =