İsrail hava limanlarına kiber hücumlar: Ben Qurionda uçuşlar ləğv edildi

Sionist rejim mediası İsrail hava limanlarının internet saytlarına ciddi kiberhücum edildiyindən xəbər verib.
İRNA-nın Əl Məyadeen kanalına istinadən verdiyi məlumata görə, sionist mediası bu gün (2 avqust) bu ağır kiberhücumdan sonra Təl-Əvivdəki “Ben-Qurion” hava limanının internet saytlarının işdən düşdüyünü elan edib.
Məlumata əsasən, bu kiberhücumdan sonra sionist rejimin bir çox uçuşları ləğv edilib.
Sionist rejimin 12-ci telekanalı Tel Əvivdəki Ben Qurion hava limanının internet saytının fəaliyyət göstərmədiyini təsdiqləyərək bunun sərnişin axını nəticəsində yüksək təzyiqlə bağlı olduğunu iddia edib.