İsrail HƏMAS-Ia bir həftəlik atəşkəsə hazır olduğunu bildirdi

İsrail HƏMAS-Ia bir həftəlik atəşkəsə hazır olduğunu bildirdi

İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən anklavda saxlanılan 35-ə yaxın girovun geri qaytarılması üçün Qəzza zolağında bir həftəlik fasilə təklif edib.

Bu barədə yüksək rütbəli Amerika rəsmiləri məlumat verib.

Onların sözlərinə görə, bu girovlar qrupuna qadınlar, qocalar və yaralı kişilər daxil olacaq. HƏMAS nümayəndələrinin bu təklifə necə cavab verdiyi barədə isə məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl İsrail Prezidenti İshaq Hersoq yəhudi dövlətinin Qəzzada növbəti humanitar fasiləyə və girovların azad edilməsi üçün anklav əhalisinə daha çox yardım göstərməyə hazır olduğunu açıqlayıb. Lakin qeyd edib ki, buna görə məsuliyyət tamamilə HƏMAS rəhbərliyinin üzərinə düşür. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahu təsdiqləyib ki, iki dəfə “Mossad” rəhbərini girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Avropaya göndərib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, radikallar Qəzza zolağında 130-a yaxın adamı saxlamağa davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =