İsrail HƏMAS ilə girovlarla bağlı “50/50” razılaşmanı rədd edib

İsrail HƏMAS ilə girovlarla bağlı “50/50” razılaşmanı rədd edib

İsrail HƏMAS ilə girovları azad edilməsinə dair “50/50” razılaşmanı rədd edib.

Trend-in məlumatına görə, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri bildirib.

Qeyd edilib ki, İsrail HƏMAS ilə Qəzza zolağından 50 israilli əsiri azad etməyi nəzərdə tutan razılaşmanı rədd edib.

İsrail qadınların uşaqlarından ayrılmamasını tələb edib. Ölkə nümayəndələri həmçinin əlavə edib ki, 70 israilli girov azad edilərsə, ölkə bu sazişi nəzərdən keçirməyə hazır olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + five =