İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib

İsrail qırıcıları Qəzza ərazisində HƏMAS-ın iki hərbi obyektinə zərbələr endirib.
Bu barədə “The Times of Israel” ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcılar Qəzza ərazisində HƏMAS-ın iki hərbi obyektinə zərbələr endirib”, – məlumatda bildirilib.