İsrail HƏMAS-ın Uitkoffun planını rədd etməsi səbəbindən Dohadan nümayəndə heyətini geri çağırıb

İsrail HƏMAS-ın Uitkoffun planını rədd etməsi səbəbindən Dohadan nümayəndə heyətini geri çağırıb

İsrail HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun girovların azad edilməsi planını qəbul etməməsi səbəbindən Dohadan yüksək səviyyəli danışıqlar qrupunu geri çağırır.

“Report” xəbər verir ki, bu barədə ölkənin hökumət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

“Dohadakı təxminən bir həftəlik intensiv əlaqələrdən sonra yüksək səviyyəli danışıqlar qrupu məsləhətləşmələr üçün İsrailə qayıdacaq və bu mərhələdə işçi səviyyələr Dohada qalacaq”, – bəyanatda qeyd olunub.

İsrail Baş nazirinin dəftərxanasının müşaviri Dmitri Gendelmana görə, ABŞ-nin təklifi məntiqli prinsiplərə əsaslanır, HƏMAS isə beynəlxalq ictimaiyyətin sülh nizamlanması üçün göstərdiyi hər hansı səyləri rədd etməyə davam edir.

“Əgər HƏMAS uzatma və aldatma yolunu seçərsə, İsrail hərəkətə keçəcək. Atəşkəsə gedən yol bütün girovların azad edilməsi və terror hərbi infrastrukturunun məhv edilməsindən keçir”, – o, öz teleqram kanalında yazıb.

Daha əvvəl Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirmişdi ki, Dohadakı HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması üzrə bir neçə məsləhətləşmə raundu tərəflərin mövqelərinin yaxınlaşmasına gətirib çıxarmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =