İsrail iki şəhərdə hərbi əməliyyatra başlayıb

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin Cenin və Tulkarm şəhərlərində “terrorla mübarizə əməliyyatı”na başlayıb.
Bu barədə ordunun mətbuat xidməti tərəfindən yayılan, sionist rejim müharibə qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.
Digər təfərrüatlar hələ açıqlanmır.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.