İsrail işğal edilən Colanda əlavə massivlərin salınacağını bildirib

İsrail işğal edilən Colanda əlavə massivlərin salınacağını bildirib

İsrail hökumətin işğal edilən Colan Yüksəkliklərində əlavə yəhudi yaşayış massivlərinin salınacağını bildirib. Bundan sonra bölgədə etiraz aksiyaları keçirilib.

Bunu baş nazir Naftalı Bennet “Colan İnqitsadi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbərlik etdiyi hökumətin Colan Yüksəkliklərində əlavə massivlərin salınması ilə bağlı planı var.

Qeyd edək ki, bu açıqlamadan sonra Colanda yaşayan ərəblər və duzlar bu gün etiraz aksiyası keçiriblər.

İsrail Colan Yüksəkliklərini 1967-1973 -cü illərin müharibəsində işğal edib. BMT qətnamələrinə baxmayaraq İsrail bölgəni tərk etməyib. İki il öncə ABŞ hökuməti İsrailin işğal edilmiş bu bölgə üzərində suverenliyini tanıyıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + eight =