İsrail işğalçıları fələstinli şəhidin dəfn mərasimindəki iştirakçılara hücum edib

İsrail işğalçıları fələstinli şəhidin dəfn mərasimindəki iştirakçılara hücum edib

İşğalçı İsrail ordusu işğal altındakı Qüdsdə fələstinli jurnalist Əbu Aqilənin dəfn mərasiminə törətdiyi cinayəti bir daha təkrarlayıb.

Əl-Aləm-in məlumatına görə, fələstinli jurnalist Ğufran Vərasənə çərşənbə günü sionist hərbçilər tərəfindən Hebronun şimalındakı Əl-Ərub düşərgəsinin girişində açıq-aşkar cinayət nəticəsində öldürülüb.

Əl-Ərub düşərgəsinin sakinləri bu gün axşam saatlarında İsrail əsgərlərinin hücumuna məruz qalan bu şəhid jurnalistin cənazəsini dəfn ediblər.

İşğalçı İsrail qüvvələrinin dəfn mərasiminə qatılanlara qarşı gözyaşardıcı qaz atması onların tənəffüs çatışmamazlığına düçar olmasına  səbəb olub.

Vərasənə son bir ayda sionist yaraqlılar tərəfindən güllələnərək öldürülən ikinci fələstinli jurnalistdir.

Bu ilin əvvəlindən beş fələstinli qadın İsrail işğalçı qüvvələri tərəfindən güllələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + nineteen =