İsrail İspaniyadakı səfirini geri çağırmaq qərarına gəlib

İsrailin xarici işlər naziri İsrael Kats bu ölkənin İspaniyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına göstəriş verib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Bu, İspaniyanın Baş naziri Pedro Sançesin mayın 28-də krallığın Fələstinin dövlətçiliyini tanımaq niyyətində olduğunu bəyan etməsindən sonra baş verib.