İsrail komandiri Ukraynada döyüş zamanı öldürülüb

İsrail komandiri Ukraynada döyüş zamanı öldürülüb

Daha əvvəl işğal altındakı İordan çayının qərb sahilində xidmət etmiş Duvdevan bölməsinin komandirinin Ukraynada öldürüldüyü bildirilir.

İsrail Duvdevan Korpusu [Kfir Briqadası – nizami piyada] komandiri Oleq Rubin beş ay əvvəl Rusiyaya qarşı müharibəyə qatılmaq üçün getdiyi Ukraynada öldürülüb.

İsrailin “Maariv” qəzetinin məlumatına görə, Rubin Qəzza müharibəsi başlayanda ehtiyata çağırılıb və işğal altındakı İordan çayının qərb sahilində xidmət edib. Amma 5 ay əvvəl o, döyüşlərdə iştirak etmək üçün vətəni Ukraynaya getməyə qərar verib və iki həftə əvvəl orada öldürülüb.

Qeyd edək ki, Kiyevə silah göndərdiyinə dair çoxsaylı xəbərlərə baxmayaraq, İsrail Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün Ukraynanı dəstəklədiyini davamlı olaraq inkar edib.

Yanvar ayında Axios, ABŞ ordusunun İsrailin saxladığı 90-a yaxın Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya çatdırmaq üçün Polşaya köçürdüyünü bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fifteen =