İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran “Hizbullah”ı müdafiə edəcək

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran “Hizbullah”ı müdafiə edəcək

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək.

Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri, beynəlxalq münasibətlər üzrə strateji şuranın başçısı Kamal Xərrazi “Finansial Times”ə müsahibəsində bildirib.

“Belə bir şəraitdə bizim “Hizbullah”ı bütün vasitələrlə dəstəkləməkdən başqa seçimiz qalmayacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün livan xalqı və ərəb dövlətləri Livanı dəstəkləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =