İsrail Livanda yaşayış binasına aviazərbə endirib, 18 nəfər həlak olub

İsrail Livanda yaşayış binasına aviazərbə endirib, 18 nəfər həlak olub

İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində ən azı 18 nəfər həlak olub.

Bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin “X” sosial şəbəkəsində məlumat verilib.

Qeyd olunub ki, Livanın cənubundan olan qaçqınların məskunlaşdığı evə raket zərbələrinin endirilməsi nəticəsində daha dörd livanlı yaralanıb. Xilasedicilər dağıntıları təmizləməyə davam edir, ölən və yaralananların sayı arta bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =