İsrail Livandan qoşunların çıxarılması prosesini dayandırmayacaq

İsrail Livandan qoşunların çıxarılması prosesini dayandırmayacaq

İsrail qoşunlarının Livanın cənub hissəsindən çıxarılması prosesi ötən il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması ilə müəyyən edilmiş 60 günlük müddət başa çatdıqdan sonra davam etdiriləcək, çünki Livan razılaşmanın şərtlərini hələ tam yerinə yetirməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Livanda atəşkəs razılaşması çərçivəsində İsrail Müdafiə Ordusunun 60 gün ərzində tədricən çıxarılmalı olduğu müəyyən edilib. Bu bənd çıxarılma prosesinin 60 gündən çox vaxt apara biləcəyi ilə əlaqədar formalaşdırılıb. Atəşkəs razılaşması Livan tərəfindən hələ tam yerinə yetirilmədiyi üçün qoşunların tədricən çıxarılması prosesi ABŞ ilə tam razılaşdırılmaqla davam edəcək”, – bəyanatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 5 =