İsrail Livanın 17 qəsəbəsinə hücumda qadağan olunmuş partlayıcılardan istifadə edib

İsrail Livanın 17 qəsəbəsinə hücumda qadağan olunmuş partlayıcılardan istifadə edib

Human Rights Watch (İnsan Hüquqları Müşahidəçisi‎) təşkilatı bildirib ki, Livanın 17 qəsəbəsinə hücum zamanı İsrail ordusu bütün dünyada yaşayış məntəqələrində istifadəsi qadağan edilən ağ fosforlu güllələrdən istifadə edib.

“Human Rights Watch” öz hesabatında bildirib: “İsrail ordusu keçən ilin oktyabr ayından bəri Livanın cənubundakı ən azı 17 qəsəbəsinə qarşı tərkibində ağ fosfor olan sursatdan istifadə edib. Bu da, mülki şəxslərin həyatını təhlükəyə atıb və bəzilərinin evlərini tərk etməsinə səbəb olub.”

Məlumata görə, ağ fosfor artilleriya mərmiləri, bomba və raketlərdə istifadə edilən kimyəvi maddədir. Oksigenə məruz qaldıqda alovlanır, onun yandırıcı təsiri ağır yanıqlar və bədən hissələrinin əriməsi, ağır və ömürlük xəsarətlər nəticəsində ölümə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =