İsrail Livanın cənubuna hücum etdi

İsrail Livanın cənubuna PUA zərbəsi endirib.
Musavat.com bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, İsrail Livanın cənubundakı Tir bölgəsindəki əl-Abassieh qəsəbəsində bir avtomobili hədəfə alıb.
Livan xəbər mənbələrinin məlumatına görə, nəticədə ən azı 10 Livan vətəndaşı yaralanıb, üçünün vəziyyəti ağırdır.