İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

İsrailin hərbi təyyarələri bu gün Livanın hava məkanını bir neçə dəfə pozub.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, İsrail ordusunun F-15 təyyarələri bu gün Livanın cənub hava məkanına bir neçə dəfə daxil olub, eləcədə paytaxt Beyrutun səməsında bir neçə dəfə uçuşlar həyata keçirərək, bu ölkənin hava məkanını pozub.

İsrail hərbi təyyarələri Beyrut səmasında şərti düşmənə aviazərbələrin endirilməsini əks etdirən manevralar həyata keçiriblər.

Eyni zamanda İsrail tərəfi Livanla dəniz sərhədlərinin müəyyənləşdirilməsilə bağlı nəzərdə tutulmuş danışıqların təxirə düşdüyünü bildirib.

Livan mənbələrinin məlumatına görə, İsrail şimalda, xüsusilədə işğal edilən Colan Yüksəkliyində hərbi hazırlıq aktivliyini mülahizə ediləcək dərəcədə artırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =